Keçmiş italyan futbolçu Roberto Baccio və ailəsi silahlı quldurluğun qurbanı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Hadisə Viçensa əyalətində baş verib. Mənbənin sözlərinə görə, axşam saatlarında azı beş silahlı şəxsdən ibarət dəstə Baccionun evinə soxulub. Hadisə zamanı Bacconun başına tapançanın qundağı ilə zərbələr endirilib. Keçmiş futbolçunun ailəsinin otağa qapandığı, qarətçilərin təxminən 40 dəqiqə evdə olduğu qeyd edilir. Hadisədən sonra xəstəxanaya çatdırılan Bacco, başından aldığı zərbə səbəbindən ona bir neçə tikiş vurulub.
Bacconun 57 yaşı var və 1993-cü ildə “Qızıl top”u qazanıb. Hücumçu karyerası ərzində İtaliyanın “Vinezia”, “Fiorentina”, “Bolonya”, “Brescia”, “İnter”, “Milan” və “Yuventus” klublarında çıxış edib.