Ermənistan bütün öhdəlikləri ilə KTMT-nin müttəfiqi olaraq qalır - İmanqali Tasmaqambetov

11:30 - 21 İyun 2024 - DÜNYA

KTMT Ermənistan qarşısında bütün öhdəliklərini özündə saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

“Ermənistan KTMT-də bizim müttəfiqimiz olub və belədir və bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır, lakin təşkilata üzvlük məsələsi ölkənin suveren hüququ və qərarıdır”.

Onun sözlərinə görə, KTMT İrəvanın Ermənistanın təşkilatdakı statusuna aydınlıq gətirəcəyini gözləyir.

“Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi hələ də situasiyaya aydınlıq gətirəcək və rəsmi qərar olacaq – təşkilatın tərkibində olub-olmamaq”, – o deyib.

Xəbər xətti