Almatıda KTMT Xarici İşlər Nazirləri Şurasının təhlükəsizlik məsələləri üzrə iclası başlayıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası Ermənistanın iştirakı olmadan başlayıb.
Daha əvvəl məlum olmuşdu ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etməyi planlaşdırmır. Beləliklə, bu, KTMT Xarici İşlər Nazirləri Şurasının Yerevan nümayəndəsi olmadan ilk iclasıdır.