Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunda 35-ci matçına çıxıb və bu göstəriciyə görə turnir rekordçusu olub.
Ucnoqta.az xəbər verir ki, Amerika Kubokunun açılış matçında Argentina Kanada ilə qarşılaşıb və 2:0 hesabı ilə məğlub edib.
Görüş Atlantada baş tutub. Qolları Julian Alvares (49-cu dəqiqə) və Lautaro Martinez (88-ci dəqiqə) vurub.
Matçda Messi bir məhsuldar ötürmə edib.