Cənubi Koreyalı fəalları yenidən KXDR ərazisinə siyasi vərəqələr olan hava şarlarını buraxıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Nəşr qeyd edir ki, aksiya sərhəddə yerləşən Paju şəhəri ərazisində keçirilib.
Təxminən 300 min vərəqə, Cənubi Koreya seriallarının yer aldığı USB disklər və nağd puldan ibarət ümumilikdə 20 şar havaya buraxılıb.