Qəzzada iki İsrail əsgəri həlak olub

07:33 - 21 İyun 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı iki əsgərin öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, İDF-nin əsgərləri Qəzza zolağının mərkəzi hissəsində gedən döyüşdə həlak olublar.

Həmçinin, eyni döyüşdə üç əsgər ağır yaralanıb. Onlar tibbi yardım üçün xəstəxanaya təxliyyə olunublar. 

Xəbər xətti