Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

16:22 - 20 İyun 2024 - DÜNYA

Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini geri götürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Ali Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.

“Prezident Klaus İohannis şura üzvlərini NATO baş katibi vəzifəsinə Mark Ruttenin namizədliyi ilə bağlı qərar verməyə çağırıb və Rumıniyanın Niderlandın [vəzifəsini icra edən] baş nazirinin namizədliyini dəstəkləməsinə tərəfdar olduğunu bildirib”, - mətndə qeyd olunur.

Xəbər xətti