AFFA Xaqani Məmmədovu cəzalandırdı

17:32 - 20 İyun 2024 - İDMAN

Xaqani Məmmədov “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.

Ucnoqta.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədovla bağlı qərar qəbul edilib.

Azərbaycan Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 48 yaşlı Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.

Sınaq müddəti 24 ay təyin edilib.

Xəbər xətti