Moskva yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.
Ucnoqta.az xəbər verir ki, bunu TASS-a müsahibəsində dövlət katibi - Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
İvanov bildirib ki, Ermənistanda baş konsulluğun açılması ilə bağlı göstəriş verilib, indi İndoneziyada Balidə baş konsulluq açılacaq.
Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətinə dair aydınlaşdırıcı suala cavab olaraq diplomat bunun “yaxın gələcəkdə” gözlənildiyini bildirib.
“Biz bunu ilin sonuna qədər gözləyirik”, - nazir müavini əlavə edib.
İvanov həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “bir sıra Afrika ölkələrində” yeni Rusiya diplomatik nümayəndəliklərinin açılması ilə bağlı daha əvvəl elan etdiyi planları xatırladıb.