NATO Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfərindən sonra Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramlarının inkişafına kömək edə biləcəyindən ehtiyat edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın baş naziri Castin Trüdo ilə görüşdən əvvəl Ottavada çıxış edərkən deyib.
O, Rusiyanın KXDR-ə qarşı BMT sanksiyalarını dəstəkləməkdən uzaqlaşa biləcəyi bildirib.
Stoltenberq Rusiya prezidentinin Şimali Koreyaya səfəri ilə bağlı sualı cavablandırarkən deyib:
“Onların qarşılıqlı müdafiə sazişi imzalaması faktı onların bir-birini nə qədər dəstəklədiyini göstərir”.
“Biz Rusiyanın indi KXDR-in nüvə və raket proqramlarının inkişafına töhfə verə biləcəyindən xüsusilə narahatıq”, - deyə o, davam edib.
NATO baş katibi həmçinin bildib ki, KXDR Rusiyaya böyük miqdarda hərbi yardım edib.