Sunakın mühafizəçilərindən bir polis həbs olunub - KİV

00:15 - 20 İyun 2024 - DÜNYA

Böyük Britaniyanın baş naziri Rişi Sunakın təhlükəsizlik işçisi növbədənkənar parlament seçkilərinin tarixinə stavka etdiyi şübhəsi ilə saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Qeyd olunur ki, söhbət kral ailəsi üzvlərinin və Britaniya hökumətinin təhlükəsizliyini təmin etmək üçün London polisinin xüsusi şöbəsində çalışan hüquq-mühafizə orqanının əməkdaşından gedir. Telekanalın məlumatına görə, bir neçə mərc oynanılıb, onlardan biri üçrəqəmli məbləğə bərabər olub.

Sky News həm Böyük Britaniyanın Qumar Komissiyasının, həm də London polisinin hadisəni araşdırdığını bildirib. Polis əməkdaşının özü isə əməliyyat vəzifəsindən kənarlaşdırılıb. O, iyunun 17-də “dövlət qulluğunda peşə borcunu lazımınca yerinə yetirməməkdə şübhəli bilinərək” saxlanılıb və daha sonra zaminə buraxılıb.

Xəbər xətti