Rusiya prezidenti Vladimir Putin Vyetnama dövlət səfəri edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, o, buraya KXDR-dən uçub. Burada Putin Vyetnamın bütün dörd lideri ilə: prezident, ölkənin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, hökumətin baş naziri və Milli Assambleyanın sədri ilə danışıqlar aparacaq. Bundan sonra Sovet və Rusiya universitetlərinin məzunları ilə görüş, Vyetnam Prezidentinin adından qala-ziyafət təşkil olunacaq.
Bu, Putinin yüksək vəzifəsində Vyetnama beşinci səfəridir: o, respublikaya 2001, 2006, 2013 və 2017-ci illərdə səfər edib.