Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Ucnoqta.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.
Püşkatmada səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi 2-ci mərhələdə “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.///qol.az