Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 90 m² olan ərzaq mağazasının lambirdən ibarət tavanı 30 m² sahədə, 6 ədəd vitrin-soyuducu və piştaxtaya yığılan mallar qismən yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.