NATO-nun 500 min hərbçisi yüksək hazırlıq vəziyyətindədir - Stoltenberq

16:57 - 14 İyun 2024 - DÜNYA

Hazırda NATO-nun bütün növ silahlı qüvvələrində yüksək hazırlıq vəziyyətində olan 500 min nəfər var.

Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Bu gün bizim yüksək hazırlıq vəziyyətində olan 500 000 əsgərimiz var ki, bu da ilkin olaraq qarşıya qoyulan hədəfdən xeyli çoxdur”, - deyə o qeyd edib.

Xəbər xətti