Türkiyə hakimiyyəti 2023-cü ilin fevralında respublikanın cənub-şərqində baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı ilə bağlı yekun məlumatları açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə A haber telekanalı Milli Statistika İnstitutununa istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət 45 784 nəfərin həyatına son qoyub.
Türkiyə hakimiyyəti daha əvvəl zəlzələlərin nəticələrinə görə 50 mindən çox insanın öldüyünü bildirmişdi.
Episentri Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 2023-cü il fevralın 6-da səhər saatlarında baş verib.