Finlandiya üç Rusiya təyyarəsini sərhədi pozmaqda ittiham edib

12:35 - 14 İyun 2024 - DÜNYA

İyunun 10-da Loviisa şəhəri yaxınlığında Rusiyaya məxsus olduğu iddia edilən təyyarənin ölkənin hava məkanını pozmasını araşdıran Finlandiya Sərhəd Mühafizəsi hadisədə daha 3 Rusiya təyyarəsinin iştirak etdiyi barədə açıqlama verib.

Ucnoqta.az xəbər verir ki, Finlandiya sərhəd mühafizəsinin mətbuat xidmətinin bəyanatına görə, hava məkanının pozulmasının iki bombardmançı və iki qırıcının daxil olduğu dörd təyyarədən ibarət divizion tərəfindən həyata keçirildiyi iddia edilir.

Bildirilir ki, istintaq bir həftə davam edəcək.///tass

Xəbər xətti