Hindistanın Uttarakhand ştatında vəhşi təbiət qoruğunda yanğınla mübarizə apararkən ən azı dörd meşə məmuru həlak olub, dördü isə yanıq xəsarətləri alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bildirilir ki, zərərçəkənlər helikopterlə xəstəxanaya aparılıb.
Yanğının baş verməsinə səbəb havanın isti və quru olması yanğının sürətlə yayılmasına səbəb olub. Son 24 saat ərzində Uttarxandda 7 meşə yanğını qeydə alınıb.