Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən kənddə “Müttəfiq Demokratik Qüvvələrin” (ADF) ekstremist qruplaşmasının silahlıları tərəfindən azı 30 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Konqo hərbi hakimiyyətinin nümayəndəsi Mak Hazukaya istinadən məlumat yayıb.
Silahlı qrup iyunun 12-də Mayikenqo (Şimali Kivu əyaləti) kəndinə hücum edib.
Bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi.