NATO ölkələri Kiyevə 98 milyard dollar dəyərində silah tədarük edib

13:38 - 13 İyun 2024 - DÜNYA

NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük edib.

Ucnoqta.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində Kiyevə hərbi yardım üzrə təmas qrupunun iclasını açarkən deyib.

“Biz artıq 2022-ci ildən başlayaraq Ukraynaya 98 milyard dollarlıq hərbi təchizat təqdim etmişik” - deyən Ostin Kiyevə hərbi yardımın həcminin “artırılacağına” ümid etdiyini bildirib.

Xəbər xətti