Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə gecəsi parlament binası qarşısında baş verən toqquşmalar zamanı polisin hərəkətlərini proporsional adlandırıb və müxalifətin ölkənin qanunverici orqanına hücum etməyə cəhd etdiyini deyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir parlamentdə çıxışı zamanı deyib.
“Polisin cavabı qanuni və peşəkar idi və bütün oxşar hallarda polis eyni hərəkəti həyata keçirəcək. Etirazçılar parlamentə hücum etmək üçün polis xəttini zorla keçməyə çalışıblar. Polis Ermənistanın qanunvericilik institutunu, polis Ermənistanın dövlətçiliyini müdafiə edib”, - o, vurğulayıb.