İsrail Qəzzada 45 hədəfə zərbə endirib

11:04 - 13 İyun 2024 - DÜNYA

İsrail ordusu Fələstin anklavının cənubunda və mərkəzində əməliyyat və reydləri davam etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və təyyarələri Qəzza zolağının bütün ərazisində hərbi obyektlər, silahlı terrorçu birləşmələr, raket buraxılış qurğuları, tunel şaftları və əlavə terror infrastrukturu da daxil olmaqla, 45 terrorçu hədəfə zərbələr endirib.

Xəbər xətti