Tayvan silahlı qüvvələri 24 saat ərzində adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun 23 PUA və 7 gəmisini qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb. 19 PUA-nın Tayvan boğazının median xəttini keçərək adanın şərq və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu dəqiqləşib.
Hədəfləri izləmək üçün Tayvan ordusu təyyarələrdən, gəmilərdən və həmçinin yerüstü zenit-raket sistemlərindən istifadə edib.///tass