Astronavt Marsa uça bilər, ancaq geri dönərkən onun ciddi problemləri olacaq.
Marsa uçuşlar təhlükə altında ola bilər. Yeni araşdırma nəticəsində məlum olub ki, uzunmüddətli kosmosa səyahət astronavtların böyrəklərinin strukturuna təsir edə bilər.
Ucnoqta.az “The İndependent”ə istinadən xəbər verir ki, böyrəklər kosmosdakı şəraitin təsiri altında yenidən formalaşır və onların bəzi hissələrində kosmosda bir aydan az müddətdə kiçilmə əlamətləri müşahidə olunur. Tapıntılar SpaceX və NASA-nın yaxın onilliklərdə Marsa ekipaj göndərmək planlarını təhdid edə bilər.
Tədqiqat aparan London Universitet Kollecinin (UCL) alimləri mikroqravitasiya və qalaktik şüalanmanın sağlamlıq üçün ciddi risklər yaratdığını bildiriblər.
Marsa gələcək missiyalar istisna edilməyib, lakin alimlər qeyd ediblər ki, astronavtlara ciddi zərər vurmamaq üçün böyrəkləri qorumaq üçün tədbirlər hazırlanmalıdır.
Dializ maşınları kimi bərpa üsulları da kosmik gəminin göyərtəsində tətbiq oluna bilər.
Qeyd edilir ki, bu təhlükəli hadisənin səbəbləri, kosmosda uzunmüddətli uçuşların nəticələri məlum deyil.