Bu, Ermənistanın Milli Assambleyasına, demokratiyasına, müstəqilliyinə və suverenliyinə qarşı hücumdur, iktidarsızlığın təzahürüdür
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. O, müxalifətin bu cür hərəkətlərini müxalifətin bütün hədlərinin keçdiyi ilə izah edib.
Onun sözlərinə görə, etirazçılar vəziyyəti gərginləşdirmək, toqquşmalara səbəb olmaq, qan tökmək üçün hər şeyi edirlər. “Bu cür hərəkətlər nəticəsiz qalmayacaq (Bütün ermənilərin katolikosu - red.) Bütün bunlara görə məsuliyyəti II Qaregin daşıyır”, - Simonyan bildirib.
O, həmçinin bildirib ki, baş verənlərin arxasında keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan və "Daşnaksütyun" dayanır.