Lukaşenko və Putin telefonla müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər

13:46 - 12 İyun 2024 - DÜNYA

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefon danışığında müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib, regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər regiondakı vəziyyət və onun inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin, mətbuat xidmətində qeyd edildiyi kimi, liderlər Birlik dövlətindən kənarda xaricdə birgə işi və əməkdaşlıq sahələrini müzakirə ediblər.

Xəbər xətti