Birdən-birə nəsə gözləmək çətindir. 2028-ci ilə qədər müqavilə bağlanıbsa, deməli, hədəflər böyükdür.
Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinə Fernandu Santuşun baş məşqçi təyin olunmasına müsibət bildirərkən deyib.
O, yeni baş məşqçiyə dəstək olmağın vacibliyini vurğulayıb: “Addım atılıbsa, qərar qəbul edilibsə, uğurlu olsun. Yoldaşlıq oyunları göstərdi ki, komandamızın potensialı var. Bu potensialı təkmilləşdirməklə istənilən hədəfə nail olmaq mümkündür. Hər birimiz milli komandanın ətrafında birləşib, Fernandu Santuşa dəstək olmalıyıq”.
V.Sadıqov portuqaliyalı mütəxəssisin rəhbərliyi altında inkişafın mümkünlüyünü söyləyib: “Hesab edirəm ki, ildən-ilə inkişaf etmək mümkündür. Görünən odur ki, 2028-ci ildə yığmanın ən böyük nailiyyəti əldə etməsi üçün qarşıya hədəf qoyulub. Fernandu Santuşa və millimizə uğurlar arzulayaq”.