Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş təşkil olunub.
Ucnoqta.az xəbər verir ki, görüşlərdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, təklif edilən ixtisaslar, universitetdə görülən işlər, hədəflər və gələcək planlar haqqında ətraflı məlumat verilib.
Görüş zamanı universitetin təhsilalanları və akademik heyəti üçün müasir və fərqli mühitin yaradılması, universitet kampusunda göstərilən xidmətlər, elmi-tədqiqat əsasında yaradıcı layihələrin dəstəklənməsi kimi mövzular geniş müzakirə olunub.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. İlk mərhələdə universitetdə təxminən 1000 tələbənin təhsil alması planlaşdırılır.