FİFA Dünya Kubokunun seçmə mərhələsində Qətər və Hindistan komandalrı üz-üzə gəlib.
Ucnoqta.az xəbər verir ki, oyunun son dəqiqələrində Qətər millisi qalmaqala səbəb olan qolu ilə Hindistanı məğlub edib. Belə ki, top aut xəttini keçdikdən sonra ərəb komandasının oyunçuları onu qapıya yönəldiblər. Hindistan bununla bağlı FİFA-ya müraciət edib.
Bu görüş ərəb komandası üçün heç nə həll etməsə də, Qətər 2:1 hesabı ilə qalib gəlib.