Ağdamda 4 tona yaxın çətənə bitkisi məhv edilib

10:39 - 12 İyun 2024 - ÖLKƏ İÇİ

Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Xəbər xətti