Kişida Zelenski ilə görüşəcək

09:53 - 12 İyun 2024 - DÜNYA

Yaponiyanın baş naziri Fumio Kişida G7 sammitində və Ukrayna konfransında iştirak edəcəyi İtaliya və İsveçrəyə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə ayrıca danışıqlar aparacağını gözləyir. 

 O, jurnalistlərə bildirib ki, hazırda prezident Zelenski ilə danışıqların aparılması məsələsi razılaşdırılır. Kişida dost ölkələrlə, ilk növbədə, G7 dövlətləri ilə birlikdə, Rusiya Federasiyasına qarşı sanksiya təzyiqini davam etdirərək, Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını nümayiş etdirmək istədiyini vurğulayıb.

Yaponiya hökumətinin başçısı həmçinin bildirib ki, səfər zamanı Kanadanın baş naziri Castin Trüdo və G7 sammitinə də dəvət olunmuş Hindistanın baş naziri Narendra Modi ilə ayrı-ayrılıqda danışıqlar aparacaq.

Xəbər xətti