ABŞ-da İŞİD-lə əlaqəli 8 tacikistanlı saxlanılıb

07:52 - 12 İyun 2024 - DÜNYA

ABŞ-da “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən səkkiz tacikistanlı şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən NBC məlumat yayıb.

Məlumata görə, onlar FTB-nin Los-Anceles, Nyu-York və Filadelfiyada keçirdiyi əməliyyat zamanı həbs ediliblər. Bütün məhbuslar ölkənin cənub sərhədini keçərək ABŞ-a daxil olublar və NBC-nin qeyd etdiyi kimi, onlardan ən azı ikisi bunu 2023-cü ilin yazında edib. FTB onları bir neçə ay araşdırıb və nəzarətdə saxlayıb, lakin onlar terror aktı hazırlamaqda ittiham olunana qədər həbsin rəsmi səbəbi immiqrasiya qanunlarının pozulması ilə bağlı olub.

Eyni zamanda, New York Post qəzetinin məlumatına görə, saxlanılan səkkiz nəfərdən altısı Tacikistandandır, lakin Rusiya vətəndaşıdır. Qəzet onu da yazır ki, istintaq zamanı FTB agentləri telefonları dinləyib həbs edilənlərdən birinin bombalardan danışdığını yazıblar. Nəşrin adının açıqlanmasını istəməyən həmsöhbətlərinin dediyi kimi, söhbət 2013-cü ildə Boston marafonunda baş vermiş faciəyə bənzər terror aktı hazırlamaqdan gedir.

Xəbər xətti