Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo ən yüksək səviyyədə keçirilən oyunların sayına görə dünya rekorduna imza atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) mətbuat xidməti məlumat yayıb. Ronaldo hazırda Portuqaliya və İrlandiya milliləri arasında keçirilən yoldaşlıq oyununda iştirak edir. Bu qarşılaşma hücumçunun böyüklər səviyyəsində 1226-cı oyunu olub. Bu göstəriciyə görə o, Braziliya millisinin və San-Paulunun sabiq qapıçısı Rogerio Seni (1225) keçib.
Mənbənin məlumatına görə, Ronaldo Portuqaliya, İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı çempionatlarında 698 matçda iştirak edib. Portuqaliyalı daha 101 oyun keçirib, bu ölkələrin kubok turnirlərində və superkuboklar uğrunda görüşlərdə çıxış edib.
Hücumçu həmçinin beynəlxalq klub turnirlərində 220, Portuqaliya millisində isə 207 matçda iştirak edib.
Ronaldonun 39 yaşı var, o, 5 dəfə “Qızıl top”un qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir.
Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur.
Futbolçu karyerası ərzində "Real Madrid"də çıxış edərək, klub tarixində İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus"u və Portuqaliyanın "Sportinq" klublarının bombardiri olub. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanından "Əl-Nəsr"ə keçib.