Malavidə 21 günlük matəm elan edilib

00:01 - 12 İyun 2024 - DÜNYA

Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilime və digər təyyarə qəzasında həlak olanların ölümündən sonra iyunun 11-dən iyulun 1-dək milli matəm elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Malavi Prezident Aparatının və Nazirlər Kabinetinin katibi Kollin Zambanın X-də The Nation qəzetinin rəsmi hesabında yaydığı press-relizdə deyilir.

Bildirilir ki, Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakvera vitse-prezident Saulos Klaus Çilimanın və 8 yüksək vəzifəli məmurun xatirəsinə mayın 1-də təyyarə qəzasında həlak olması ilə əlaqədar 11 iyundan 1 iyula kimi 21 günlük matəm elan edib,Bütün dövlət bayraqları yarıya endirilməlidir. Dəfn mərasiminin təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.

Xəbər xətti