İttihamçılar heyəti ABŞ prezidentinin oğlu Hanter Baydenin silah saxlaması ilə bağlı qanun pozuntusuna dair hökmü geri qaytarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Bunu ABŞ Ədliyyə Nazirliyi irəli sürüb. ABŞ prezidenti Co Baydenin oğlunun silah saxlaması ilə bağlı istintaqa 2018-ci ildə başlanılıb, o zaman məlum olub ki, o, narkotik vasitələrdən istifadə edirmiş və eyni zamanda revolverə sahibdir.
Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.
CNN xəbər verir ki, onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.