Aİ ölkələri Ukraynaya özəl investisiyalara zəmanət vermək üçün 1,4 milyard avro ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Berlində Ukraynanın yenidən qurulmasına dair konfransda bildirib.
“Bu gün biz tərəfdaş banklarımızla birlikdə Ukraynaya yeni özəl sərmayələrin cəlb edilməsi üçün 1,4 milyard avro təminat ayırdıq. İnvestorlar Ukraynada pullarının bir hissəsini itirərsə, bu zəmanətlər itkilərin bir hissəsini kompensasiya etməlidir".