OPEC 2024 və 2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb
Ucnoqta.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illərdə qlobal neft tələbatının artımı proqnozunu yenidən müvafiq olaraq sutkada 2,2 milyon barel (b/d) və 1,8 milyon barel səviyyəsində saxlayıb.
Təşkilat 2024-cü ilin əvvəlindən bəri öz qiymətləndirməsini dəyişməyib. Mütləq ifadədə neftə tələbat 2024-cü ildə 104,46 milyon barel, 2025-ci ildə isə 106,31 milyon barel təşkil edə bilər.
OPEC, həmçinin qeyri-OPEC+ ölkələrindən neft tədarükünün artımı ilə bağlı proqnozunu saxlayıb. Təşkilatın gözlədiyi kimi, 2024-cü ildə bu rəqəm 1,2 milyon barel artaraq 53 milyon barel, 2025-ci ildə 1,1 milyon barel artaraq 54,1 milyon barel olacaq.
2024-cü ildə neft tədarükünün artımının əsas amilləri ABŞ (hasilatın sutkada 0,4 milyon barel artması ilə), Kanada, Braziliya və Norveç olacaq.