İtaliya Ukraynaya yeni hərbi yardım paketi göndərməyə hazırdır - Antonio Tajani

14:29 - 11 İyun 2024 - DÜNYA

İtaliya hava hücumundan müdafiəni təmin etmək üçün Ukraynaya yeni hərbi yardım paketi göndərməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu Berlində Ukraynanın bərpasına dair beynəlxalq konfransda İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri və Nazirlər Şurasının sədr müavini Antonio Tajani deyib.

“Ukraynanın bərpasında əsas strategiya hava hücumundan müdafiə sistemlərinin köməyi ilə ölkənin infrastrukturunu qorumaqdır, ona görə də sizə bildirmək istəyirəm ki, İtaliya hava hücumundan müdafiəni təmin etmək üçün Kiyevə yeni hərbi yardım paketi göndərməyə hazırdır”.

 Nazir bildirib ki, Yeddilik Qrupunun (G7) qarşıdan gələn sammitində İtaliya Kiyevin maraqlarını qətiyyətlə müdafiə edəcək, çünki Ukraynaya yardım göstərmək Avropa, demokratiya və beynəlxalq hüququn müdafiəsinə bərabərdir.

Xəbər xətti