Putin Hakan Fidanı qəbul edəcək

13:19 - 11 İyun 2024 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı axşam saatlarında qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə dövlət başçısının iş qrafiki barədə danışıb.

“Moskva vaxtı ilə saat 18:00-dan sonra prezident burada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Fidanı qəbul edəcək”, - Kreml nümayəndəsi qeyd edib.

Peskovun sözlərinə görə, Fidan Rusiyada danışıqlar aparıb və indi o, bu danışıqların nəticələri barədə Putinə məlumat verəcək.
Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Moskva ilə Ankara arasında münasibətlərin gündəliyi çox genişdir, müzakirə olunacaq çoxlu mövzular var.

Xəbər xətti