Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materiallar aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.