Miroslav Kloze Almaniyanın "Nürnberq" futbol klubunun baş məşqçisi təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kloze ilə müqavilənin şərtləri açıqlanmayıb.
O, əvvəllər Almaniyanın “Bavariya” klubunun məşqçilər korpusunda çalışıb və “Bavariya”nın 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olub.
Kloze futbolçu karyerası ərzində “Bavariya”, Almaniyanın “Kayzerslautern” və “Verder Bremen”, eləcə də İtaliyanın “Latsio” klublarında çıxış edib.
Almaniya millisinin heyətində Kloze 137 oyun keçirib, 71 qol vurub və 29 məhsuldar ötürmə ilə onu dünya çempionatı tarixinin bombardiri edib. Dünya çempionatlarında Kloze 16 qol vuraraq 2014-cü ildə braziliyalı Ronaldonun rekordunu qırıb.
Ötən mövsüm "Nürnberq" Almaniya çempionatının ikinci güclü divizionunu 12-ci pillədə başa vurmuşdu.