İsrail ordusu Fələstin anklavının mərkəzi və cənub hissələrində əməliyyat və reydləri davam etdirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində İsrail qırıcıları Qəzza zolağında radikalların 35 hərbi obyektinə zərbələr endirib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və təyyarələri Qəzza zolağının bütün ərazisində hərbi obyektlər, silah anbarları, minaatan və raket obyektləri, müşahidə məntəqələri, terrorçu birləşmələr və hərbi infrastruktur daxil olmaqla 35 terrorçu hədəfə zərbələr endirib.