Avropa Mərkəzi Bankının sədri Kristin Laqard bazarlar və faiz endirimi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Ucnoqta.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bankın ehtiyatlı addımlar atacağını ifadə edərək, iyun ayında faiz endirimlərinin tezliklə yeniləri ilə izlənməyəcəyinə işarə edib.
Avropada çıxan bəzi qəzetlərə müsahibə verən Laqard iyun qərarı ilə bağlı bunları deyib:
“Müvafiq qərar verdik, lakin bu, faiz dərəcələrinin xətti enişdə olduğu anlamına gəlmir. Faiz dərəcələrini yenidən sabit saxladığımız dövrlər ola bilər".
Laqard təkcə iqtisadiyyatla bağlı yeni proqnozlar irəli sürdükdə deyil, hər görüşdə vəziyyəti yenidən qiymətləndirəcəklərini bildirib. Avrozonada may ayı inflyasiyası 2,6% ilə gözləntiləri aşdı və ECB tərəfindən yaxından izlənilən birinci rüb maaş artımı məlumatları da gözləntilərin üzərində idi.
"Bununla belə, biz inflyasiyanın kifayət qədər irəlilədiyini düşündük və inkişafın gələcək 18 ayda davam edəcəyini gözlədiyimiz üçün faiz dərəcələrini aşağı saldıq" - AMB sədri qeyd edib.
ECB 18 aydan sonra, yəni 2025-ci ilin sonuna kimi 2%-lik inflyasiya hədəfinə çatmağı gözləyir.///cnnturk