Şimali Osetiyada qəzaya uğrayan Su-34 Suriyadakı yaraqlıların mövqelərinə dəfələrlə zərbələr endirib və xüsusi əməliyyatda iştirak edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə mənbə məlumat verib. Məlumata görə, təyyarə Mozdok aerodromundan havaya qalxıb.
Müdafiə Nazirliyi bildirib ki, qəzaya səbəb texniki nasazlıq olub.