İspaniyada Kataloniya separatçıları üçün amnistiya qanunu qüvvəyə minir

10:40 - 11 İyun 2024 - DÜNYA

Kataloniya separatizm prosesində iştirak edənlər üçün amnistiya qanunu İspaniyanın Rəsmi Qəzetində dərc edildikdən sonra qüvvəyə minir.

Ucnoqta.az xəbər verir ki, sənəddə qeyd edildiyi kimi, qanun hökumətin rəsmi qəzetində dərc edildiyi gün qüvvəyə minəcək. Ölkədə etirazlara səbəb olan layihə mayın 30-da İspaniya parlamenti tərəfindən təsdiqlənib.

Təxminən 370 nəfəri əhatə edə bilən qanun, digər məsələlərlə yanaşı, İspaniya regionunun keçmiş lideri Karles Puçdemonun “Kataloniya üçün birlikdə” partiyasının dəstəyi sayəsində təsdiqlənib. Təşəbbüs təxminən altı ay əvvəl baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (PSOE) tərəfindən parlamentdə qeydə alınıb. Qanunun icrasına məhkəmələr cavabdeh olacaq.

Xəbər xətti