Makron ətrafı ilə istefasını müzakirə edir - KİV

10:36 - 11 İyun 2024 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

Ucnoqta.az xəbər evrir ki, bu barədə “Europe 1” radiostansiyası mənbəyə istinadən məlumat yayıb.

"Europe 1" iddia edir ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu “ekstremal ssenari”ni müzakirə edib.

Eyni zamanda, radiostansiya vurğulayır ki, istefa prezidentin üstünlük verdiyi variant deyil, baxmayaraq ki, onun perspektivi qarşıdan gələn seçkiləri dramatikləşdirmək üçün bu kampaniyaya xidmət etməlidir.

Xəbər xətti