Kornel Kollecinin (Ayova ştatı) 4 müəllimi Jilin əyalətindəki parkda hücum nəticəsində yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Bildirilir ki, onlar Kornel Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gediblər. Onlar yerli parkda gəzinti zamanı bıçaqlı bir nəfərin hücumuna məruz qalıblar.
Xəsarətlərin ağırlığı və hücum edənin motivləri məlum deyil. Nəşr qeyd edir ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.