Ermənistana uçan Rusiya aviaşirkətinin təyyarəsini ildırım vurub
Ucnoqta.az xəbər verir ki, Lenta.ru Aviaincident Telegram kanalına istinadən yazıb.
Bazar günü, iyunun 9-da Samaradan İrəvana uçan Airbus A319 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Ehtimallara görə, təyyarə havaya qalxdıqdan sonra atmosfer elektrik boşalması alıb.
Hadisəyə baxmayaraq, eniş təhlükəsiz həyata keçirilib, təyyarədə olan sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.