Dağıstanda yerli sakinlərin bağırsaq infeksiyası ilə bağlı tibb müəssisələrinə kütləvi müraciətləri qeydə alınıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Buynaksk administrasiyasının mətbuat katibi Arip Arimov məlumat yayıb.
Hadisə Buynaksk şəhərində baş verib. Kəskin bağırsaq infeksiyası əlamətləri ilə 270-dən çox şəxs tibb müəssisələrinə müraciət edib.
O, bildirib ki, hazırda 30-dan çox insan xəstəxanaya yerləşdirilib, onlardan 21-i azyaşlıdır.
Hadisənin nədən baş verdiyi barədə heç bir məlumat yoxdur.