Son bir gün ərzində Yəmənin şimalını idarə edən Ənsar Allah hərəkatı (husilər) Ədən körfəzində iki yük gəmisinə gəmi əleyhinə raketlərlə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Zərərlərə baxmayaraq, Liberiya bayrağı altında İsveçrənin “Tavvishi” konteyner gəmisi və Antiqua və Barbuda bayrağı altında Almaniyanın “Norderney” universal quru yük gəmisi səyahətlərini davam etdirib.
Husilər həmçinin Qırmızı dənizdə İngilis esminesini vurduqlarını açıqlayıblar. Gəmi əleyhinə ballistik raket Tavishiyə, Norderney isə iki ballistik və qanadlı raketlə vurulub.